ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb
Tarix: 14-11-2019 | Saat: 14:38
Bölmə:Təhsil | çapa göndər
Noyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Çin Xalq Respublikasının Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyəti ÇXR-in yaranmasının 70 illiyi münasibətilə ÇXR hökumətinin “bir kəmər – bir yol” təşəbbüsünün həyata keçirilməsi çərçivəsində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin, “OULU” Pekin Beynəlxalq Təhsil Mərkəzinin və ADU-nun dəstəyi ilə Pekin Bələdiyyəsinin Təhsil Komissiyası tərəfindən təşkil olunan Pekin Təhsil sərgisində iştirak edib. Sərgidə Tibb Universiteti, Neft-Kimya Texnologiyaları İnstitutu, İnformasiya Elmləri və Texnologiyaları İnstitutu və s. daxil olmaqla, Pekinin 15 aparıcı təhsil müəssisəsi təmsil olunub.
Qonaqları universitetdə görməkdən şad olduğunu deyən rektor Kamal Abdulla Azərbaycanla Çin arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. ADU-nun Çindəki müxtəlif universitetlərlə əlaqələri dəstəklədiyini, onların daha da dərinləşdirilməsinə və genişləndirilməsinə dəstək verdiyini diqqətə çatdırıb. ADU-nun rektoru Kamal Abdulla qonaqlara ADU-nun Çinin aparıcı universitetləri ilə təhsil və elmi əlaqələrinin genişləndirilməsi, universitetdə çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin uğurla hazırlanması barədə məlumat verib. İki universitet arasında təhsil sahəsində əməkdaşlıq Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirib.
Pekin Bələdiyyə təhsil komissiyasının Maliyyə Departamentinin direktoru Fan Çjunvey, Pekin şəhər orta məktəbin beynəlxalq əlaqələr üzrə kordinatoru Çi Kay, Pekin Beynəlxalq Təhsil mübadiləsi mərkəzinin müdiri Cia Quan Xuey təmsil etdikləri müəssisələrin iş prinsipi, fəaliyyət istiqamətləri, həmçinin Çin təhsil sistemi haqqında ətraflı məlumat veriblər.
Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr də aparılıb.
Görüşdən sonra qonaqlar ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunu da ziyarət ediblər. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun elmi-müəllim və ictimai-maarifçilik fəaliyyəti, Çin dili kurslarının işi, ADU ilə aparıcı ali universitetləri arasında tələbə mübadiləsi, Azərbaycan gənclərinə Çinin tarixi və mədəniyyəti ilə tanış olmaq, Çin dili bilik səviyyəsini artırmaq üçün Çin universitetləri ilə əməkdaşlıq planları haqqında məlumat verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024