Mobil versiya
Ceyhun Bayramov: Azərbaycanda tolerantlıq anlayışları müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırılır
Tarix: 13-11-2019 | Saat: 17:08
Bölmə:Təhsil | çapa göndər

Ceyhun Bayramov:



Azərbaycanda multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışları müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov YUNESKO-nun 40-cı Baş konfransı çərçivəsində təşkil olunan “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə deyib.

Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Multikulturalizmin əsasları”, magistratura səviyyəsində isə “Azərbaycanda multikulturalizm” fənlərinin tədris olunduğunu da qeyd edib.

C.Bayramov Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərinin olduğunu söyləyib. O, bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.


Nazir həmçinin Azərbaycanın ekstremizmdən əziyyət çəkməsi, ölkənin suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda dinc əhalinin soyqırıma məruz qalması faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Fransa Respublikası, İsveç Krallığı, Bolqarıstan Respublikası, Tunis Respublikası, Serbiya Respublikası, Uqanda Respublikası, Mali Respublikası, eləcə də Ermənistan Respublikasının təhsil nazirləri, YUNESKO-nun keçmiş Baş direktoru İrina Bokova və Fransanın sabiq Baş naziri Jan-Pier Raffarin iştirak edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024