Mobil versiya
Biləsuvarda Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
Tarix: 13-11-2019, 14:05 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Biləsuvarda Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar tədbir keçirilib


Biləsuvar rayon Heydər Əliyev Mərkəzində görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Səyalə Şahbazova açmışdır. Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salan S.Şahbazova bildirib ki, kinorejissorun lentə aldığı filmlərdə Azərbaycan tarixini, mədəniyyətini və məişətini tamaşaçıya sənətkarcasına çatdırılıb. Qeyd edib ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır. Sonda tədbir iştirakçılarına sənətkarın həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş etdirilib.

aia.az





5222 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031