Mobil versiya
Neftçalada respublika müsabiqələri qaliblərinin təltifolunma mərasimi keçirilib - FOTOLAR
Tarix: 13-11-2019, 14:03 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Neftçalada respublika müsabiqələri qaliblərinin təltifolunma mərasimi keçirilib


Neftçala rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc fortepiano və xalq çalğı alətləri ifaçılarının müsabiqələrinin laureatlarının təltifolunma mərasimi keçirildi. Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət işçiləri, dövlət orqanlarının nümayəndələri və Neftçala sakinləri iştirak etmişlər.

Mərkəzin foyesində Neftçala Dövlət Rəsm Qalereyasının hazırladığı gənc və yeniyetmə rəssamların əl işlərindən ibarət rəsm sərgisi tamaşaçıların diqqətinə təqdim olundu.

Tədbirdə çıxış edən mədəniyyət işçiləri ölkəmizin uğurlarından, respublikamızın gələcək inkişafından və Azərbaycan gəncliyinin bu yolda töhfələrindən danışdılar.

Çıxışların ardından Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin cari ildə həyata keçirilən tədbirlərdə aktiv iştirak edərək fərqlənən gənclərinin, respublika müsabiqələri qaliblərinin, o cümlədən ölkənin gənclər siyasətində fəal iştirak edən müəllimlərin təltif edilməsi mərasimi baş tutmuş və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tərəfindən fəxri fərman və diplomlar təqdim olunmuşdur.

Rəsmi hissə başa çatdıqdan sonra regionda fəaliyyət göstərən uşaq incəsənət və uşaq musiqi məktəbləri şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

aia.az





5328 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031