Mobil versiya
Mənsimovdan “insanovlaşan müxaliflərə” maraqlı reaksiya
Tarix: 06-11-2019 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mənsimovdan “insanovlaşan müxaliflərə”



Bu gün xəbərlərə baxanda Əli İnsanovla müxalifətin “zirvə görüşü” barədə bir məlumata rast gəldim. Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah? Bu şəkildə mübarizələrini elan edirlər eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər?

Axar.az xəbər verir ki, bu sözləri türkiyədə yaşayan tanınmış azərbaycanlı milyarder Mübariz Mənsimov qeyd edib.

Milyarder vurğulayıb ki, qətiyyən kimisə təhqir etmək fikrində deyil:

“Amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşirkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsə idi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleyi ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, vaxtilə iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi “ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, bir dəfə satqınlıq edən hər dəfə səni də satar. Masadakı “zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parcalamayın. “Bu yerazdı, o qrazdı, bu naxcvanlı, o talışdı, o biri bakılıdı” deyib qardaşı-qardaşa qırdırmayın. Unudursunuz, cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024