Mobil versiya
Bağdadinin bacısının həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 05-11-2019 | Saat: 14:38
Bölmə:Karusel / Dünya | çapa göndər

Bağdadinin bacısının həbsi ilə bağlı


İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avadın həbs xəbəri təsdiqlənib.

aia.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter"də bildirib ki, dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avad həbs edilib.

"Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Əbubəkr əl-Bağdadinin bacısının həbsi Türkiyənin terrorla mübarizə sahəsində qazandığı uğurlu nümunələrindən biridir. Terrorun hər növü ilə mübarizədə başı bəlalar çəkən ölkəmiz İŞİD-lə mübarizədə qərarlı və qətiyyətlidir", - Fəxrəddin Altun vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Əbubəkr əl-Bağdadinin bacısını saxlaması barədə xəbərlər yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024