Mobil versiya
Ermənistan baş nazirinin müavinin yeznəsi rüşvətə görə həbs olunub
Tarix: 05-02-2016 | Saat: 14:51
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Ermənistan baş nazirinin müavinin yeznəsi rüşvətə görə həbs olunub

Ermənistan baş nazirinin müavinin yeznəsi rüşvətə görə həbs olunub
Ermənistanda baş nazirin müavini Vaçe Qabrielyanın yeznəsi mağazalarda vaxtı keçmiş ərzağın aşkarlanmasına göz yummağa görə rüşvət alıb və həbs edilib.

Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, Qabrielyanın Armen adlı yeznəsi Ermənistan Kənd Təsərrüfatı Nazirliyi yanında ərzaq təhlükəsizliyi xidmətinin müfəttişidir. Bu xidmətin bir neçə əməkdaşı rüşvət almağa görə həbs edilib və onlardan biri baş nazirin müavininin bacısının əridir. İnformasiyanı xidmətin rəsmisi təsdiq edib.

Bildirilir ki, Armen ərzaq təhlükəsizliyi Xidmətinin yeni rəisinin “pulyığanı”dır. Onun mövqeləri o qədər güclüdür ki, Xidmətdə struktur islahatları apararaq Armen üçün ayrıca vəzifə yaradıblar. Xidmətin əməkdaşları İrəvandakı supermarketlərdən birində aşkar olunan vaxtı keçmiş ərzağa görə rüşvət alıblar. Faktla bağlı cinayət işi qaldırılıb, iki nəfər həbs olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024