Mobil versiya
Deputat: Azərbaycanın idarəetmə sistemi tarixində yeni era başlayır
Tarix: 25-10-2019 | Saat: 10:00
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Azərbaycanda idarəetmə sistemi hazırda kadr islahatları mərhələsindədir. Bu, həyata keçirilən islahatların növbəti keyfiyyət mərhələsi kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, islahatları zəruri edən şərtlər Azərbaycan iqtisadiyyatının inkişafı, onun böyüməsi, qlobal iqtisadi çağırışlarla özünü yeniləməsi və rəqabət qabiliyyətini artırması kontekstində qəbul edilməlidir:

“Şübhəsiz ki, kadr islahatlarını zəruri edən şərtlər artıq formalaşmışdı və bu, indiyə qədər həyata keçirilən islahatların nəticəsində mümkün olub. Çünki daha səmərəli kadrlar və idarəetməni təşkil etmək üçün ilk növbədə konstitusional və qanunvericilik əsasları yaradılıb. Eyni zamanda, struktural islahatlar nəticəsində idarəetmənin effektivliyini təmin etmək üçün yeni qurumlar da formalaşıb”.

Deputat vurğulayıb ki, kadr islahatları paralel olaraq həm də struktur islahatları ilə müşahidə olunur:

“Azərbaycan Respublikasının Prezidenti islahatların hazırkı mərhələsindən danışarkən qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərə də toxundu. Qeyd etdi ki, şərti olaraq hazırkı mərhələni postneft mərhələsi adlandırmaq olar. Ona görə yox ki, bizim neftimiz qurtarır. Ona görə ki, biz ümumiyyətlə neft faktorunu iqtisadiyyatda unutmalıyıq. Göründüyü kimi, bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır. Eyni zamanda, təyin olunan yeni kadrların qarşısında yəni vəzifələr müəyyənləşdirir ki, bu da olduqca vacibdir.

Prezident İlham Əliyev inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıq idi. Həmçinin, Prezident iqtisadi müstəqilliyin əsas faktor və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı.

İqtisadiyyatı olmayan, öz-özünü təmin edə bilməyən ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də müəyyən təzyiqlərə məruz qalır. Bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etmək məqsədlərini məhdudlaşdırır”.

H.Babaoğlu xatırladıb ki, indiki vəziyyətdə ərazi bütövlüyünü bərpa etməyi əsas hədəf kimi müəyyənləşdirən Azərbaycan üçün müstəqillik olduqca vacibdir. Bu mənada da siyasi müstəqillik birbaşa iqtisadi mustəqilliklə bağlıdır:

“Bütövlükdə isə hazırda Azərbaycanda idarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır. İstər-istəməz yaşın gətirdiyi bir mühafizəkarlıq, bir lənglik var ki, bu, təbii bir prosesdir. Ona görə də vaxtaşırı milli inkişafı təmin etmək üçün bu cür islahatların aparılması vacib şərt kimi ortaya çıxır ki, Azərbaycanda da hazırda bu proses baş verir. Bu proses təkcə indiki tarixi mərhələdə keyfiyyət dəyişikliyi yaratmaqla bitməyəcək, özündən sonrakı mərhələnin də inkişafını təmin etmək üçün fundamental əsaslar yaradacaq”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024