Anadangəlmə ürək qüsuru: Problemin müasir vəziyyəti
Tarix: 22-10-2019 | Saat: 11:44
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə aparılmış epidemiloji təqdiqatların nəticələrində son 20 il ərzində anadangəlmə ürək qüsurlarının (AÜQ) rastgəlmə tezliyinin artması və müasir təbabətin aktual problemlərindən biri olması qeyd edilir. İngilis dilli tibbi və bioloji məqalələrin elektron(Pub.Med) məlumatlarına görə, elə bir ölkə,irq və millət yoxdur ki,yenidoğulmuş uşaqlar arasında anadangəlmə ürək qüsuru rast gəlməsin. Son illər bütün dünya ölkələrində, xüsusilə Avropada coğrafi ərazilərinin,iqlimin ,ekologiyanın çirklənməsinin və genetikanın risk faktoru kimi AÜQ-nın formalaşdında rolu qeyd olunur və bu problem hərtərəfli öyrənilir. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi epidemioloji(müşahidə) müayinələrin mühüm əhəmiyyəti vardır. Bu tədqiqatlar zamanı yenidoğulmuş uşaqlarda qüsurların kliniki-coğrafi xüsusiyyətləri, sianozlu və sianozsuz formalarının yayılması və letallığı araşdırılır.Epidemioloji müayinələrin aparılması ürək-damar sistemi xəstəliklərinin inkişafında risk faktorlarının rolunun öyrənilməsi ilə yanaşı profilaktika tədbirlərinin görülməsi üçün geniş imkanlar açır. Məlumdur ki, AÜQ olan uşaqların vaxtında cərrahi müalicəsi qüsurların erkən diaqnoztikası ilə sıx əlaqəlidir.
Tibbi texnologiyanın müasir inkişafı prenatal diaqnoztikanının potensial imkanlarını genişləndirmişdir.Ürək-damar sisteminin komputer tomoqrafiya , maqnit rezonans tomoqrafiya , maqnit rezonans angioqrafiya və s. instrumental diaqnostik metodlarla müayinəsi nəticəsində qüsurların dəqiq lokalizasıyası, klinik spektri və digər anadangəlmə anomaliyalar ilə müştərəkliyinin ana bətnində aşkar olunmasına perspektiv imkanlar yaranır. Konkret klinik vəziyyətdə müvafiq tomoqrafik metodun düzgün seçilməsi erkən diaqnostikaya, invaziv müayinələrin azalmasına və müxtəlif yaşlı uşaqlarda,eləcə də böyüklərdə AÜQ-nın vaxtında cərrahı müalicəyə cəlb etməyə əsas verir. Bu xəstələr nəzarətə götürülür, vaxtaşırı müayinə olunur və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi qayğı göstərilir.
Hamiləlik dövründə ananın qrip və virus infeksiyaları ilə yoluxmasının, antiobiotiklərinin tez-tez istifadəsinin, valideynlərinin siqaret çəkməsinin və alkohol qəbul etməsinin dölə təsir etməsi haqqında əhali arasında geniş məlumat yayılır.
AÜQ-nın profilaktikasının əsasını təşkil edən risk faktorlarının qarşısının alınması , perinatal diaqnostikanın yaxşılaşdırılması və profilaktik tədbirlərin,lahiyə programlarının tətbiq edilməsi üçün AÜQ Hesabatı ,Nəzarəti sistemi və Milli Monitorunq Mərkəzi və onun regionlarda şöbələri yaradılır.
T.ü.f.doktoru Hacıyeva N.A
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrası
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024