Mobil versiya
“Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir" - Vahid Əhmədov
Tarix: 30-09-2019 | Saat: 13:01
Bölmə:İqtisadiyyat | çapa göndər

“Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir" -


“Bir neçə illər keçməsinə baxmayaraq, Azərbaycan Milli Məclisi hələ də “Rəqabət Məcəlləsi”nin qəbul olunmasına nail ola bilməyib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Rəqabət Məcəlləsi olduqca vacib qanundur:

“Bu gün kim deyirsə, ölkədə monopoliya, inhisarçılıq yoxdur, yanılır. Ölkədə qiymətlər günbəgün artır, bu da onun göstəricisidir ki, hələ də monopoliya və inhisarçılıq halları mövcuddur”.

V. Əhmədov qeyd edib ki, payız sessiyasına daxil olunması vacib olan məsələlərdən biri də “Təhsil Kreditləri haqqında” qanun layihəsidir. O, əlavə edib ki, bu gün ölkədə təhsil kreditlərinin olmaması bir çox tələbənin təhsilini yarımçıq qoyması ilə nəticələnir:

“Bizə bununla bağlı bir çox müraciətlər daxil olur. Bu günlərdə eşidirik ki, “Təhsil Kreditləri haqqında” qanun layihəsi hazırlanır. İllər əvvəl hazırlanmış qanun layihəsi hazırdır. Onu bir az redaktə edib, günün tələblərinə uyğunlaşdıra bilərik. Bu qanun layihəsini qəbul etməliyik ki, gənclər təhsilini başa vura bilsinlər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024