Mobil versiya
Suraxanı – abadlıq və təmizlik inkişaf və müasirliyin əsas rəmzlərinə çevrilib
Tarix: 27-09-2019 | Saat: 11:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

Suraxanı – abadlıq və təmizlik inkişaf və müasirliyin əsas rəmzlərinə çevrilib



Rayon MKTB-nin rəhbərliyi tərəfindən kommunal sahədə xidmətlər yüksək səviyyədə təşkil olunub

Yaşıllıqlara qərq olmuş sənaye mərkəzi




Bu gün Azərbaycanın sürətlə yenilənməsini və müasirləşməsini paytaxtın Suraxanı rayonunun timsalında da aydın müşahidə etmək olar. Ölkənin digər bölgələri kimi, Suraxanı rayonu quruculuğun və dinamik inkişafın ünvanına çevrilib.

Məlumdur ki, rayon iqtisadiyyatının əsasını sənaye sahəsi təşkil edir. Məxsusi olaraq neftçıxarma Suraxanı rayonunun paytaxtımızın sənaye mərkəzlərindən biri kimi formalaşmasına öz təsirini göstərib. Rayonda 58 iri sənaye müəssisəsi mövcuddur. Bu səbəbdən də rayonun sosial-iqtisadi inkişaf dinamikasında, bir qayda olaraq, sənaye sektorunun göstəriciləri xüsusi yer tutur.




Qeyd etmək laımdır ki, son illərdə Suraxanı rayonunun qəsəbələrində quruculuq-abadlıq işlərinin intensivliyi də xeyli artıb. Xüsusilə yeni park və yaşıllıqların salınması işi geniş vüsət alıb. O cümlədən, son beş ildə Əmircan qəsəbəsindəki unudulmaz şairimiz Tofiq Bayramın adını daşıyan park əsaslı şəkildə yenidən qurulub, Bülbülə qəsəbəsində 24 saylı poliklinikanın qarşısında yeni park salınıb, Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12,0 min kvadratmetr yaşıllıq salınıb. Bir müddət bundan əvvəl isə Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Neftçilər parkı”nda “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılan yenidənqurma işləri başa çatdırılıb.

Gözəllik qayğı tələb edir




Aydındır ki, ən abad park və yaşıllıqlar belə gündəlik qayğı göstərilmədən, xüsusilə də təmizlik işləri aparılmadan öz cazibədarlığını saxlaya bilməz. O cümlədən bina və evlər də öz funksionallığını, eləcə də estetik gözəlliyini saxlamaq üçün mütəmadi olaraq qayğı və diqqət tələb edirlər. Bu sahədə isə, görülən işlərin əsas ağırlığı bilavasitə rayonlar üzrə fəaliyyət göstərən mənzil-kommunal təsərrüfat müəssisələrinin üzərinə düşür. Bu baxımdan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti də yüksək effektivliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda formalaşmış ümumi ictimai rəy belədir ki, Mais Məmmədovun rəhbərlik etdiyi bu qurum öz vəzifələrinin öhdəsindən bacarıqla gəlir. Qeyd edək ki, bu gün Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində 13 mənzil-istismar sahəsi fəaliyyət göstərir. Əlbəttə ki, bu müəssisələrin də fəaliyyətlərini idarə etmək, onların effektivliyini təmin etmək heç də asan məsələ deyil. Lakin Mais Məmmədovun zəngin iş təcrübəsi, geniş potensialı bu vəzifələrin öhdəsindən layiqincə gəlməkdə ona kömək olur. Nəticədə isə, bu gün Suraxanı rayonu paytaxtın ən təmiz və abad rayonlarından birinə çevrilmişdir.




Qışa hazırlıq işləri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən qışa hazırlıq məqsədilə tədbirlər planına uyğun olaraq bir sıra işlər artıq görülüb və bu istiqamətdə MKTB öz fəaliyyətini davam etdirir. Belə ki, Birlik tərəfindən yaşayış binalarının istilik xətlərində cari təmir işləri aparılır və yaşayış binalarının istiliklə təminatı hazır vəziyyətə gətirilir. Rayon MKTB-nin istilik sisteminə qoşulmuş yaşayış binalarının hamısı vaxtında istiliklə təmin olunacaq. Həmçinin Rayon MKTB-i tərəfindən tədbirlər planına müvafiq olaraq binaların dam örtüklərinin, qapı və pəncərələrin, su novalçaları və tüstü borularının, kanalizasiya və su xətlərinin təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi vaxtında və keyfiyyətlə yerinə yetirilir.





Bütün bu deyilənlərdən belə qənaətə gəlmə olur ki, bu gün Mais Məmmədovun rəhbərlik etdiyi Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi öz funksiyalarını yüksək səmərəliliklə icra edə bilir. İdarənin həm rəhbərliyi, həm də işçi heyəti Suraxanı RİH-nin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş tələb və vəzifələrin uğurlu icrasını təmin etmək üçün bütün imkanlardan effektiv şəkildə istifadə edir. Əminliklə demək olar ki, Suraxanı rayon MKTB-nin rəhbərliyi və əməkdaşları qarşıdan gələn qış aylarında rayon sakinlərinin hər hansı kommunal-məişət problemlərilə üz-üzə qalmalarına imkan verməyəcəklər.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5266 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}