Mobil versiya
Niyazi Səfərov: Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi bir milyard dolları ötüb
Tarix: 27-09-2019 | Saat: 11:20
Bölmə:İqtisadiyyat | çapa göndər

Niyazi Səfərov:


Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün mühüm potensiala malikdir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda Azərbaycan-Almaniya biznes forumu zamanı deyib.

O bildirib ki, 2019-cu ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi bir milyard dolları ötüb:

“Ötən illə müqayisədə bu göstərici 27 faiz artıb. Bu günədək ölkələrimiz arasında əməkdaşlıq barədə 70-dən çox sənəd imzalanıb. Almaniyanın dəstəyi ilə Azərbaycanda 14 tvininq layihənin reallaşdırılması başa çatır, daha bir layihə isə icra olunmaqdadır. Sənaye sahəsində layihələrin icrasına 615 milyon dollar ayrılıb ki, onlardan 90 faizi neft sektorunun payına düşür. Hazırda sənaye və infrastruktur sahələrində 9 layihənin reallaşdırılması üçün 30 milyon avro ayrılıb”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024