Mobil versiya
Baş Nazirin müavini: İnsanlarımız gələcəyə daha inamla baxır
Tarix: 26-09-2019 | Saat: 12:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Baş Nazirin müavini:


Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov sentyabrın 26-da Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə YAP-ın Sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ə.Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. O qeyd edib ki, Azərbaycanda son 15 ildə böyük inkişaf müşahidə edilib, insanların həyatı yaxşılaşıb, insanlarımız gələcəyə daha inamla baxır.

Ə.Əhmədov dövlət gənclər siyasətinin əhəmiyyətindən danışaraq Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin diqqər və qayğısı ilə əhatə olunub. O qeyd edib ki, bu gün ölkə gəncliyinin inkişafı üçün bütün imkan və şərait yaradılıb: "Gənclərin üzərinə düşən vəzifə isə yüksək təhsil və bilik qazanaraq dövlətimizin inkişafına töhfə verməkdən ibarətdir".

Görüşdə gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırlıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024