Rövnəq Abdullayev: Bütün ömrüm bir kino lenti kimi gözümün qarşısından keçirdi
Tarix: 02-02-2016 | Saat: 11:50
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
“Gödəkçəmi çıxarıb suya tullanmaq istəyirdim ki, yoldaşlar məni tutub saxladılar”.
Bu anlar mənim həyatımın ən ağır anları idi.
Aia.az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2 fevral Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin tələbələri ilə keçirdiyi görüşdə Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisası üzrə IV kursda təhsil alan Gülnar Hüseynlinin “Dənizdə işləyərkən çətinə düşdüyünüz anlar olubmu?” sualını cavablandırarkən deyib.
“Mən vaxtilə “28 May” NQÇİ-də işləyərkən 10-cu blokda da təmir işlərinə rəhbərlik etdiyim vaxt olub. Bir dəfə fevral ayında həmin blokda özüm bir təhlükəli hadisə ilə üzləşmişəm. Səhər saat 6:00-da iş başlamamışdan əvvəl təmir işi görüləcək əraziyə baxış keçirirdim.
Borunun üstü ilə gedərkən birdən ayağım sürüşdü, borudan yapışdım, altda vahiməli dəniz və 10 metr məsafəni yarım saat ərzində boru üzərində zorla sürünərək başa çatdırdım. O müddətdə bütün ömrüm bir kino lenti kimi gözümün qarşısından keçirdi.
Növbəti hadisə isə, 1994-cü ildə olmuşdu. “Neft Daşları”ndan gələn qaz xətti partlamışdı. Mən artıq idarənin baş mühəndisi idim. Biz xətti təmir edirdik. Dalğaların gücünü azaltmaq üçün gəmiləri düzmüşdük. Yuri Kudryakov adlı montajçının işləməsi üçün şərait yaratmışdıq.. Amma təbiətlə mübarizə aparmaq çox çətin işdir.
Birdən dalğa vurub Kudryakovu öz ağuşuna aldı. O zaman hansı hisləri keçirdiyimi anlamaq üçün yalnız orada olmaq lazımdır. Mən gödəkçəmi çıxarıb suya tullanmaq istəyirdim ki, yoldaşlar məni tutub saxladılar və bu an bir möcüzə baş verdi. Kudryakovun sudan çıxan əlini gördüm və tez əlindən yapışdım və yoldaşlarımla dartıb onu sudan çıxartdıq.
Uzun müddət başını, bədənini birtəhər spirtlə ovuşdurub halını özünə gətirdik. Həmin vaxt 4 dəqiqədən çox suda qalsaydı, onu xilas edə bilməyəcəkdik. Əslində mənim üçün də suya düşmək ölümə getmək idi. Amma dəniz məğrurluq istəyir, cəsarət tələb edir.
Mən hələ də dekabrın 4-də baş verən hadisəni unuda bilmirəm. Çünki orada olanların bir çoxunu şəxsən tanıyırdım. Orada olan insanların səsi indi də mənim qulağımdadır. Amma çox ağır idi. Çox ağır idi, çox... Təsəvvür edirsinizmi, insanları eşidirsən, səndən kömək istəyirlər, sən isə heç nə edə bilmirsən. Gəmilər yaxınlaşa bilmirdi... Bir gəmi hətta zədələndi... Biz onları xilas edə bilmədik.
Təbiət sanki bizə öz gücünü nümayiş etdirirdi... Əslində heyət üçün bütün təhlükəsizlik qaydalarına əməl edilmişdi. İşçilərin bayırda işləmələrinə məhdudiyyət qoyulmuşdu. Ona görə də, yalnız əraziyə baxış keçirmək üçün çıxan Bəxtiyar yanıq xəsarəti alıb. Yoxsa, bayırda olsaydılar hamı yanardı”- deyə o, bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər