Mobil versiya
Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib
Tarix: 20-09-2019, 16:42 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, A.Kərimov görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib.

Nazir müavini məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib. Bir neçə vətəndaşa müraciətlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığına, özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyatı aparılıb. Digər müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.


aia.az



571 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031