Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov
Tarix: 20-09-2019 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər
Gənc fəal Nahid Cəfərov AXC sədrinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı vəhşiliyinə haqq qazandıranlara cavab verib.
Trend-in məlumatına görə, Nahid Cəfərov bildirib ki, F.Qəhrəmanlını müdafiə edənlər özləri zorakılığı dolayısı ilə təbliğ edirlər: "Bu vəhşiliyə - yəni buna başqa ad verə bilmədim - "Bu onun ailə məsələsidir", "Bundan Cəbhəyə qarşı istifadə etmək olmaz" deyənlərə demək istəyirəm ki, Selcan güclü bir qızdır. Onunla bir dəfə təhsili ilə bağlı ünsiyyətimiz də olub. Adamın necə güclü xarakterə malik olduğunu gözlərimlə görmüşəm. Selcan artıq ona işgəncələr verən atasından xilas olub və Fuad Qəhrəmanlının artıq onu incitmək və ona zərər yetirmək şansı yoxdur. Selcan artıq Hollandiyadadır və onun ciddi bir dəstəyə də ehtiyyacı yoxdur. Müəyyən qədər gərginlikləri var və bu da keçib gedər".
N.Cəfərov qeyd edib ki, adam siyasi iddiası olan, hakimiyyəti dəyişib onun yerinə keçmək istəyən bir partiyanın sədr müavinidir. Sabah 100 minlərlə Selcan kimi uşağın taleyi ilə bağlı qərar vermək mexanizminə və gücə sahib olmaq iddiasındadır: "Adamın əlində indi sadəcə fiziki gücü var və şəxsi mənfəəti üçün bundan doğma övladına qarşı istifadə edib. Sabah adamın əlində hakimiyyət gücü olsa, o zaman nələr edəcəyini bir düşünün".
Gənc fəal əlavə edib ki, Selcanın bu etiraflarından sonra Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir dərhal istefa verib siyasətdən getməlidirlər: "İndi cəbhəçilər gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın. Bu bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadı. Liberal dəyərlər, insan hüquqları və ifadə azadlığının nə demək olduğunu bilməyən insanlar, ailəsində diktatorluq edən, öz şəxsi övladının, həyat yoldaşının hüquqlarını malik olduğu fiziki güclə boğan bir insan və onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya deyil".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024