Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər
Tarix: 20-09-2019 | Saat: 12:36
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanda tibbi turizm inkişaf etsə də, təəssüf ki, bu, birtərəflidir. Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda tibbi turizmlə məşğul olan şəxslər ölkəmizə də bu sahə ilə əlaqədar insanların gəlməsinə çalışmalıdırlar: "Biz elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər. İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan da xəstə insanların Azərbaycana müalicə üçün gəlməsi barədə düşünməliyik. Biz vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik".
M.Quliyev əlavə edib ki, xaricdən Azərbaycana çoxlu həkimlər gəlir. Amma çalışmaq lazımdır ki, xarici həkimlərin gəlişinin artması əvəzinə ölkəyə xarici investisiyalar cəlb olunsun: "Azərbaycanın xarici ölkələrdə oxuyan kifayət qədəR kadrı var. Xaricdən gələn investisiyalar bizim tibb sektorumuzun gələcək inkişafı üçün təkan olacaq".
Millət vəkili hesab edir ki, özəl tibb sektorunda assosiasiyasının yaradılması çox vacibdir: "Müxtəlif assosiasiyalar var, amma özəl tibb sektorunda çalışan həkimləri koordinasiya edən, onların ümumi maraqlarını, problemlərini müzakirə edən, cəmiyyətə, dövlət orqanlarına çatdıran belə bir qurumun olması lazımdır. Bu, gələcəkdə tibb sisteminin daha geniş inkişaf etməsinə şərait yaradacaq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024