TMH: “Bağışla” Funda Ararın yox, Miri Yusifindir – FOTO + VİDEO
Tarix: 01-02-2016 | Saat: 16:53
Bölmə:Dünya / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər
Müğənni açıqlama verdi.
Xəbər verdiyimiz kimi ötən ilin avqust ayında türkiyəli müğənni Funda Arar azərbaycanlı ifaçı Miri Yusifin “Bağışla” adlı mahnısını ifa etmiş və ona klip çəkdirmişdi.
F.Arar bəstəni səsləndirərkən M.Yusifdən icazə almamış, hətta ekran işində müəllifin adı da qeyd olunmamışdı.
Aia.az xəbər verir ki, M.Yusifin “Ağ Qarğa” albomunda yer alan bəstənin sözləri və musiqisi ifaçının özünə məxsusdur. Miri Yusif sözügedən mahnını 2014-cü ildə oxuyub.
Həmyerlimiz onun mahnısını oğurladığı üçün Funda Ararı məhkəməyə verəcəyini söyləmişdi.
Miri Yusifin prodüseri Emin Əfəndinin bu gün verdiyi məlumata görə, onların müraciəti əsasında Türkiyə Müəllif Hüquqları həmyerlimizin haqlı olduğunu təsdiq edib.
“Türk müğənnisi Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” adlı mahnı Miri Yusifin 2009-cu ildə yazdığı və 2014-ci ildə “Ağ Qarğa” albomunda yer alan “Bağışla” mahnısının tam təkrarıdır”.
Qeyd edək ki, ötən il sözügedən mahnı ətrafında söz-söhbət təkcə bununla bitməmişdi. Türkiyəli şair, mahnının sözlərini türk dilinə çevirən Günay Çoban mahnının müəllifinin MC Murad (Murad Quliyev) olduğunu bildirmiş, mahnını səsləndirmək üçün MC Murad, Azərbaycan və Türkiyə Müəllif Hüquqlarından icazə alındığını söyləmişdi.
Miri Yusif isə məsələyə münasibət bildirərək “ortada dələduzluq faktı var, Murad bəy Azərbaycanda məhkəməyə veriləcək. Məhkəmədə bütün sübutları ortaya qoyacağıq” deyə MC Muradı mahnı oğurluğunda ittiham etmişdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024