Mobil versiya
Fransanın Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib
Tarix: 10-09-2019, 16:28 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Fransanın Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransaya səfəri çərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, bu siyasətin həyata keçirilməsində xaricdə yaşayan azərbaycanlıların rolu, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin vacibliyindən danışıb.

Komitənin son bir ildə gördüyü işlərin əks olunduğu videorolik təqdim olunub, Azərbaycan icmalarının, diaspor təşkilatlarının və ayrı-ayrı şəxslərin Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət formaları barədə geniş izahat verilib.

Toplantıda bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən Fransadakı Koordinasiya Şuralarının fəaliyyətin mərkəzləşdirilməsindəki rolu, qarşıya çıxan çətinliklər barədə danışılıb, “Soydaşlar haqqında qanun”un qəbulu ilə bağlı dövlət orqanlarına müraciət olunduğu bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri soydaşlarımızın təkliflərini dinləyib, icmaların daha səmərəli işləmələri üçün geniş imkanlar yaradılması, xüsusilə azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə yeni məktəblərin açılması ilə bağlı mövcud imkanlar müzakirə olunub.

Görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak edib.


aia.az



579 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031