Gəncə – 2018-2019-cu dərs ilinin yekunları qürurvericidir
Tarix: 09-09-2019 | Saat: 16:48
Bölmə:Manşet / Təhsil | çapa göndər
Təhsil müəssisələrində yeni tədris metodikalarının uğurlu tətbiqi sayəsində bu sahədə yüksək nəticələr əldə olunmuşdur
Bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş önəmli sahələrdən biri də ölkənin təhsil sistemidir. Məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər xüsusilə son bir neçə ildə davamlı olaraq yüksəlməkdədir. Hazırda təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi şəhərlərimizdən biri də Gəncədir.
Təhsil İdarəsinin fəaliyyəti düzgün istiqamətə yönləndirilib
Bu gün Gəncə təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən Gəncə şəhər Təhsil İdarəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, Təhsil idarəsinin müdiri Zakir Hüseynov dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib.
Qısa arayış:
Zakir Nəsib oğlu Hüseynov 1955-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Zod kənd məktəbində orta təhsil alıb. Qəbul imtahanlarında yüksək nəticələr göstərərək H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstituna qəbul olunub. İnstitutun riyaziyyat fakultəsini bitirib. Pedaqoji fəaliyyətə Qərbi Azərbaycanın Basarkeçər rayonunda 1977-ci ildən başlamışdır. Atestasiya komissiyasının qərarı ilə pedaqoji təcrübəsi Azərbaycanda yayılmış, ona baş müəllim adı verilmişdir.
1988-ci ildə məlum hadisələrlə əlaqədar ailəsilə birgə Qərbi Azərbaycanı tərk etdikdən sonra, 13 yanvar 1989-cu il tarixdən Gəncə şəhər 14 nömrəli tam orta məktəbin rus bölməsində riyaziyyat-informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
1994-cü ildə Respublika Təhsil Nazirliyinin atestasiya komissiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilmişdir.
06 sentyabr1999-cu il tarixdə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur.
Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almışdır.
YAP-ın fəal üzvlərindən olan Zakir Hüseynov “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 mart 2012-ci il tarixli Sərəncamı ilə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Vacib məqamlardan biri də budur ki, Zakir müəllim təhsil sahəsində kifayət qədər təcrübəyə və elmi biliklərə sahib olan peşəkar kadrlardandır və Gəncənin təhsil sisteminin içərisində illər boyunca çalışmış, burada formalaşmış və bu səbəbdən də bütün müsbət və mənfi cəhətləri bilən, mövcud problemlərə və daxili potensiala yaxından bələd olan mütəxəssisdir.
Bütün bu cəhətlər isə, Zakir Hüseynovun rəhbərlik etdiyi qurumun fəaliyyətini rayonun təhsil sisteminin inkişafı məqsədilə dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası istiqamətində düzgün yönləndirməsində mühüm rol oynayır.
Gəncə məktəbliləri öz müəllimlərini yüksək göstəricilərlə sevindiriblər
Dövlət tərəfindən göstərilən diqqət və qayğının müqabilində aydındır ki, Gəncənin də həm pedaqoji, həm də şagird kollektivləri yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını hər zaman səfərbər edirlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların səyləri nəticəsində ötən tədris ilində rayonun təhsil sahəsində uğurlu nəticələr əldə olunmuşdur.
Bu barədə məlumatlar Gəncədə 2018-2019-cu tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransda təqdim edilib. Konfransda Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2018-2019-cu tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərir. 2018/2019-cu tədris ilinin məzunlarından 2033 nəfəri ali məktəblərə sənəd təqdim edib ki, onların da 58,63%-i ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olanların 248 nəfəri 500-dən, 79 nəfəri 600-dən, 11 nəfər isə 650-dən yuxarı bal toplayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin baççısı Niyazi Bayramov ali məktəblərə yüksək bal toplayaraq qəbul olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, çıxışında bildirib ki, təhsil cəmiyyətin inkişafını təmin edən əsas sahədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondunun xətti ilə icra olunan layihə və proqramlar çərçivəsində ölkədə yeni məktəb binaları tikilir, məktəbəqədər müəssisələr təmir olunaraq müasir avadanlıqdlarla təchiz olunur. Bütün bunlar şagirdlərin yüksək səviyyədə təhsil almaları, elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Gəncə təhsilində qazanılan nailiyyətlər də göstərilən bu diqqət və qayğının nəticəsidir. Konfransın gedişində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu il ali məktəblərə yüksək balla daxil olan məzunları mükafatlandırıb.
Bu gün Gəncə şəhər Təhsil İdarəsində mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə şəhərin təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Heç şübhəsiz, cari tədris ilində də Zakir Hüseynovun rəhbərliyi altında Gəncə ŞTİ-nin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yenilikçi ideyaların tətbiqinə geniş yer veriləcəkdir.
aia.az
Aynur Həsənova
Mahir Muradov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
10:34 Dünya Bakıda toplaşıb !
13-11-2024