Mobil versiya
Azərbaycanda 5 yaşadək uşaqların 24 faizində anemiya var
Tarix: 09-09-2019 | Saat: 10:36
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 5 yaşadək uşaqların 24 faizində anemiya var


Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.

Trend-in məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, bu göstəricilər qadınlar arasında daha yüksəkdir: "Qadınlar arasında dəmir çatışmazlığı 34,1, anemiya 38,2, hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb".

Q.Təhməzli hesab edir ki, bu gün dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı aiddir. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır:

"Statistikaya nəzər salsaq görərik ki, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqların immun sisteminə, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə problemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır".

AQTA sədri qeyd edib ki, əhali arasında geniş yayılmış vitamin və mineral çatışmazlığının aradan qaldırılmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir (fortifikasiya).

Q.Təhməzlinin sözlərinə görə, təmsil etdiyi qurum fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsinin hazırlanması üzərində işlər aparılıb: "Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024