Hemofiliyalı xəstələrin Naftalan nefti ilə müalicəsi üçün dövlət qurumlarına müraciət ediləcək
Tarix: 09-09-2019 | Saat: 09:05
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Yaxın gələcəkdə hemofiliyalı xəstələrin müalicəsinin Naftalan nefti ilə aparılması üçün müvafiq dövlət strukturlarına və Səhiyyə Nazirliyinə müraciətlər ediləcək.
Bunu özəl olaraq Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.
Onun sözlərinə görə, hemofiliyalı xəstələrin çoxu oynaqlarda baş verən qansızmalar nəticəsində ağırlaşmalar ilə (artrit, artrozlar) üzləşirlər. Buna görə də Naftalan vannaları oynaqların bərpasında faydalı ola bilər.
G.Hüseynova hesab edir ki, bu müalicənin həkim nəzarəti altında aparılması və qanı laxtalandıran faktor konsentratından istifadə ilə tətbiqi xəstənin vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərə bilər:
"Sovet dövründə SSRİ-nin hər yerindən olan xəstələr əzələ-dayaq sistemi xəstəlikləri, nevroloji, dəri, ginekoloji və uroloji xəstəliklərlini müalicə etdirmək üçün Naftalana gəlirdilər. O zaman Naftalan vannalarından istifadə edən xəstələrin sayı ildə 70 - 90 min nəfərə yaxın olurdu. Bakı Elmi Tədqiqat Kurortologiya İnstitutunda Naftalanın bioloji təsirini öyrənmək üçün eksperimental laboratoriya təşkil edilmişdi və onun xəstəliklərin müalicəsinə müsbət təsir göstərməsi elmi cəhətdən sübut olunmuşdu".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024