Mobil versiya
Bu layihə Azərbaycana səs saldı - Qalibə avtomobil hədiyyə - VİDEO
Tarix: 30-01-2016 | Saat: 14:46
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər

Bu layihə Azərbaycana səs saldı - Qalibə avtomobil hədiyyə - VİDEO
Azərbaycanda aşıq sənətinin inkişafı üçün yaradılan "Köklə sazı" layihəsi ötən gün Dünya TV-də yayımlanıb. Aia.az xəbər verir ki, layihə izlənmə rekordu qırıb. Azərbaycanın bir çox bölgələrindən seçilən 12 iştirakçı layihə zamanı deyişəcəklər. "Köklə sazı" layihəsinin eksperti və layihə rəhbəri Aşıq Namiq Fərhadoğlu açıqlamasında bildirib:

"Bu layihənin ərsəyə gəlməsi üçün çox çalışdıq, vuruşduq. Əminəm ki, düzgün seçim etdik. 12 istedadlı gənc aşıq bu layihədə iştirak edir. Sonda qalibi hədiyyə olaraq bahalı avtomobil gözləyir. Hər həftə münsiflər kürsüsündə məndən savayı 3 fərqli, tanınıb, sevilən aşıqlar oturacaq. Bu həftə isə iştirakçılara dəstək olmaq üçün gələn münsiflərə Xalq aşığı Aşıq Ulduz Sönməzə, "Ozan" yarışmasının qalibi aşıq Avdıya və həmkarım Aşıq İlhama təşəkkür edirəm. Layihəmizin aparıcısı isə peşəkar jurnalist Lalə Mustafayevadır. Müğənni Şəbnəm Əsədova da ifası ilə ilk günümüzə xüsusi rəng qatdı. Əminəm ki, mənim rəhbərliyimlə təqdim olunan bu layihə Azərbaycana hələ çox səs salacaq. Çünki qarşıda möhtəşəm deyişmələr olacaq".

Xatırladaq ki, "Köklə sazı" layihəsi Dünya TV-də hər həftənin çərşənbə günü saat 19:15-də yayımlanır. Layihənin ilk buraxılışı isə əməlli səs-küyə səbəb olub.
[media=https://youtu.be/i1aVP1uq7SU]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024