"Heç kimə fərq qoymuram, hamıya standart qiymətdir, dörd rəqsə 300 manat..."
Tarix: 05-09-2019 | Saat: 10:45
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər
aia.az məşhur rəqqasə Rəna (Renka) Ağamuradovanın aznews.az-a müsahibəsini təqdim edir.
- Övladlarınızla Türkiyədə istirahətdə idiniz. Tətiliniz necə keçdi?
- Yaxşı keçdi, 10 gün istirahət etdik. Antaliyaya getmişdik. Övladlarımla yanaşı, anam, bacım da getmişdi. Üç kq kökəldim, hələ də arıqlaya bilmirəm (gülür).
- Bir çox məşhurlar şikayət edirlər ki, bizi Türkiyədə də tanıdılar və rahat istirahət edə bilmədik. Sizdə vəziyyət necə idi?
- İnanırsınız ki, təyyarədə olan bütün azərbaycanlılar ilə eyni hotelə getdik. Sanki Azərbaycanda idik.
- İstirahətinizə nə qədər pul xərclədiniz?
- Biletə altı min verdim. Türkiyədə isə maksimum 300 dollar xərclədim. Hotel olduqca gözəl idi. Çox pul xərcləməyi sevmirəm. Çünki əziyyətlə qazanıram. Cibimdə nə qədər pul olursa-olsun xərcləmərəm.
- Pul yığmağı bacarırsınız?
- Uşaqlarımın təhsilinə pul ayırmağa çalışıram. İstəyirəm ki, təhsil alsınlar və hər üçünün də evi olsun. Bacımın övladı da mənim uşağımdır. Onu öz uşaqlarımdan ayırmıram.
- Bütün məclislərə bacınızla gedirsiniz? Buna səbəb nədir?
- Bacım mənim sirrim, köməyim, dəstəyimdir. O olmasaydı bu pilləyə çıxa bilməzdim.
- Ana kimi övladlarınıza da vaxt ayırırsınız. İşlə bir arada çətindir. Bunu necə tənzimləyirsiniz?
- Mənə deyirlər ki, sən robotsan. Özüm də məttəl qalıram ki, hər şeyi bir arada necə edirəm. Bu xasiyyət mənə anamdan keçib. Səhər saat 5-də oyanmışam, 9-dan ayaq üstəyəm. Gecə saat 12, yaxud da 1-də evə gedəcəyəm. Yenə işlərimi çatdıra bilmirəm, mənə 24 saat bəs eləmir. Hər şeyi özüm etmək istəyirəm.
- Yaxın günlərdə sənətdən uzaqlaşacağınızı qeyd etdiniz. Qərarınız tez deyilmi? Eləcə də səhnəyə yaraşırsınız.
- İstəmirəm ki, mənə desinlər bu da qocalıb, səhnədən əl çəkmir. Keçən dəfə çox möhtəşəm bir toy məclisində iştirak etdim. Orda Rusiyanın bir çox tanınmış simaları da qatılmışdılar. Opera müğənnisi mənim rəqsimi çəkdi və "Instagram" səhifəsində paylaşdı. Rus xanımları haqqımda çox gözəl sözlər yazdılar. Mən o videonu öz səhifəmdə paylaşan zaman nələr yazdılar. Adam o tipli statuslardan iyrənir, sənətdən getmək istəyir. Niyə bir-birimizə xoşa gələn sözlər deyə bilmirik. İnsanlar çox dəyişib.
- Sizdə daha çox nələri tənqid edirlər?
- Sındırmaq istəyirlər. Amma başa düşə bilmirlər ki, kiminsə qəlbini qırmaq günahdır. Hansısa xoşa gəlməz hadisə zamanı iradəsi zəif insan dözə bilməz. Hansısa video yayılanda, gücü olmayan insan özünə qəsd edə bilər.
- Video məsələsini qeyd etdiniz. Ümumiyyətlə, şəxsi həyat barəsində nə dərəcədə tədbirlisiniz?
- İşimə görə heç kimlə əlaqə qura bilmirəm.
- Siz digər rəqqasələrlə müqayisədə tez tanındınız...
- Xeyr, tez tanınmadım. Sadəcə məndən əvvəl sənətə gələnlər efirə çıxmırdılar. Özlərini reklam edə bilmirdilər, qınaqdan qorxurdular. Amma mən yol açdım. Məndən xoşu gəlməyən həmkarlarım da deyirlər ki, bizim yolumuzu Rəna açıb. Çünki efirlərə çıxdım. Düzdür, Aytən xanımdan sonra çıxdım. Başqa xanımlar da çıxmağa başladılar. Mən demirəm ki, efirə çıxmasınlar. Əksinə bu rəqsin daha da inkişaf etməsinə sevinirəm.
- Məclislərə neçəyə gedirsiniz?
- Həmişə mənə deyirlər ki, reklamınla müqayisədə çox ucuz qiymətə gedirsən, qiymətini qaldır. Amma qiyməti qaldırmağı düşünmürəm. Çünki adi insanlardan tutmuş, vəzifəli şəxslərin məclislərinə qədər gedirəm. Heç zaman heç kimə fərq qoymuram, hamıya standart qiymətdir. Dörd rəqsə 300 manat alıram.
- Məşhur olduqdan sonra da xarakteriniz də dəyişmir. Məclislərin birində bütün masalara yaxınlaşıb, hər kəslə görüşdünüz. Bu sadəliyi heç bir məşhur etmir.
- Bəli, amma çox adam bunu səhv başa düşür.
- Sizi hansı mənada səhv başa düşürlər?
- Sadə olmağım başıma bəladır. Sadə olursan başqa cür başa düşürlər. Sərt olursan deyirlər ki, Rəna dəyişib. Hərdən başa düşmürlər ki, mənim də əhval-ruhiyyəm olmaya bilər. Mən də insanam. Ümumiyyətlə, özünü yuxarıdan aparan insanları, ən əsası kiminsə sayəsində məşhurlaşanları sevmirəm. Çünki özləri əziyyət çəkib pul qazanmayıblar.
- Siz bir müddət əvvəl qeyd etdiniz ki, keçmiş həyat yoldaşınız evli olmasaydı, onunla yenidən evlənərdiniz. Sözlərinizdə səmimi idiniz?
- Bəli, barışardım, amma gecdi.
- Hazırda onunla münasibətiniz necədir?
- Yaxşıdır, keçən həftə Bakıya gəlmişdi, uşaqları gəzdirdi və s.
- Eks-həyat yoldaşınızın ikinci nikahından övladları var?
- Xeyr.
- Neçə yaş fərqiniz var?
- Məndən yeddi yaş böyükdür.
- Artıq neçə ildir ki, ayrılmısınız. Niyə həyatınızda heç kim yoxdur?
- Xasiyyətim çox pisdir. Özüm oğlan kimiyəm. İndiki oğlanlarda da elə bir sevgi yoxdur ki, desin evdə otur, hər şeyi özüm edəcəyəm. Artıq hər şeyi özüm həll etməyə öyrəşmişəm.
- Həyat yoldaşınızdan ayrıldıqdan sonra həyatınızda heç kim olmayıb?
- Olub. Bir insanla üç il sevgili olmuşam. Amma sonra ayrıldıq, alınmadı. İşimə görə qısqanclıq başladı. Həmişə deyirəm ki, məni onun qədər sevən insan olmaz. Ona görə də həyatıma daxil olmaq istəyən kimsə olduqda onun kimi olmağını istəyirəm. Bu səbəbdən də alınmır.
- Bu şəxs də sizdən yaşca böyük idi?
- Xeyr, həmyaşıd idik.
- Şou-biznes nümayəndəsi, yoxsa iş adamı idi?
- Xeyr, adi insan idi. Mən heç vaxt sevgilim iş adamı olsun və s. kimi düşünməmişəm. Əsas odur ki, mənə dəyər versin. Təzə- təzə tanınırdım, ora-bura gedirdim. İşimə görə qısqanclıq oldu. Ona görə də ya karyeranı, ya da evi seçməlisən.
- Bəlkə, onunla yenidən barışasınız.
- Mümkün deyil, çünki dostuq.
- Siz iş adamlarının da məclislərinə gedirsiniz. Orada sizinlə tanış olmaq istəyən olurmu?
- Mən kiməm ki, qızlar kənarda qalıb, subaylara baxan yoxdur.
- Sizi çox sevən uşaqlarınızı qəbul etməyən şəxslə ailə qurarsınız?
- Əsla. O insanı yaxına belə buraxmaram. İlk öncə deyim ki, heç kimi uşaqlarımla tanış etmirəm. Yalnız o insanla tanış etmişdim. Əgər bir insan məni sevirsə, uşaqlarımı da qəbul etməlidir.
- Həmkarınız rəqqasə Aygünlə münasibətiniz necədir?
- O haqda danışmaq istəmirəm.
- Münasibətiniz o qədər pisdir?
- O insanı tanımıram. Mənə maraqlı deyil. İnsanlar hər şeyi kənardan görür.
- Yaxın günlərdə bağ evində video paylaşmışdınız. Öz evinizdir?
- Bəli, bizim evimizdir, böyük deyil.
- Rəqqasəlikdən başqa hansısa gəlir mənbəyiniz varmı?
- Xeyr, amma bu haqda fikirləşirəm. Elə bir iş görməliyəm ki, təkrarı olmasın. Biri salon açır, hamı salon açır. Ona görə qeyri-adi bir iş olsun ki, heç kim səni təkrarlamasın. Birinci olmaq lazımdır.
- Aya nə qədər pul qazanırsınız?
- Pulu saymıram. Hər zaman deyirəm ki, hesablayacağam, alınmır, unuduram. Məndə riyaziyyat çox zəifdir.
- Varlısınız?
- Xeyr, amma daxilən varlıyam. Sıravi insanam, müğənnilər varlıdır. Müğənni olsaydım nə dərdim olardı, xəstə olanda fonoqram oxuyurlar. Təbii ki, onların da işləri çox çətindir. Saat beşdə toya gedirlər, birdə çıxırlar. Günə beş banket oynayıram, yoruluram. Amma bunu rəqsimdə biruzə verməməliyəm. Onu da deyim ki, bəzi təşkilatçılar adımdan istifadə edirlər. Guya mən xına mərasiminə gedəcəyəm, həmin gün başqa rəqqasə göndərirlər. Bildirirlər ki, Renka xəstələnib, gələ bilmir. Rəqqasə özü mənə deyib ki, bunlardan xəbəri olmayıb. Oynadıqdan sonra öyrənib.
- Haqqınızda hansısa şayiə yayılıb?
- O qədər olub ki. Guya məni kimsə saxlayır. Qabağa çəkəni var, öz sayəsində qalxmayıb. Guya məni hansısa restoranda kiminləsə görüblər, onun sevgilisi mənə zəng edib. Bu hadisə yaxın günlərdə olub. Sübut da etdim ki, belə şey olmayıb. Hamı bir-birinin arxasınca danışır. Ona görə də öyrəşmək lazımdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər