FHN "Torqovı"dakı yanğınla bağlı son məlumat yaydı  
Tarix: 04-09-2019 | Saat: 10:00
Bölmə:Karusel / Parlament | çapa göndər
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Nizami küçəsində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.
Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   