Azərbaycanda qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb
Tarix: 02-09-2019 | Saat: 13:08
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Azərbaycanda aparılan tədbirlər nəticəsində qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyevanın sözlərinə görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, ölkəmizlə həmsərhəd olan Rusiya Federasiyasında və Gürcüstanda qızılca xəstəliyinin alovlanmalarının baş verməsi və həmin ölkələrlə intensiv miqrasiyanın mövcudluğu nəticəsində 2018-ci ilin noyabr ayından başlayaraq ölkədə, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınmağa başlanıb.
Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb. Aparılmış səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları baş verməyib.
Direktor müavini qeyd edib ki, qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən yuxarı yaşlı əhalinin peyvənd olunması üçün ölkəyə qızılca – məxmərək əleyhinə vaksin gətirilmiş, cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb. Bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib. Nəticədə mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub və iyul ayında cəmi 2 hadisə qeydə alınıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024