Mobil versiya
Flora Kərimova Ülviyyə Alovlunu məhkəməyə verdi
Tarix: 28-08-2019 | Saat: 16:38
Bölmə:Karusel / Şou-biznes | çapa göndər

Flora Kərimova Ülviyyə Alovlunu məhkəməyə verdi


Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

aia.az bildirir ki, vəkil İlkin Ağazadənin Axşam.az-a vediyi məlumata görə, 2 sentyabr 17.00-da Binəqədi Rayon Məhkəməsində Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə Xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.

Qeyd edək ki, tərəflər arasında qalmaqalaXalq artisti Flora Kərimova videosu yayılan üç qız barədə "Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!" fikirlərinə Ü.Alovlunun sərt reaksiyası və aşağıda işlətdiyi bu sözlər səbəb olub:

"Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin "Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz" kimi bitməmiş sualına "Yaxşı arvadın əri ailədən getməzdi" deyərək, özünə bəraət qazandıran, "efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm" deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?

Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz - tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz?

Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki?

Nə etdilərsə, özlərinə etdilər...

Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz?

Budurmu maarifləndirmə? Budurmu tərbiyə?".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə