Mobil versiya
Bakıda taksi sürücüsünü hədələyərək pulunu alan şəxslər saxlanılıb
Tarix: 28-08-2019 | Saat: 11:31
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda taksi sürücüsünü hədələyərək pulunu alan şəxslər saxlanılıb


Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. O, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024