Hökumətin benzinlə bağlı qərarının məqsədi nədir? - ŞƏRH
Tarix: 28-08-2019 | Saat: 11:06
Bölmə:İqtisadiyyat | çapa göndər
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumunun aradan qaldırılmasını şərh edib.
İ.Şaban Oxu.Az-a deyib ki, bu cür qərarlar əvvəllər də verilib.
Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cari təmirə dayanır.
"Zavodun ehtiyatları Azərbaycanın aşağı oktanlı neft məhsullarına olan tələbatını ödəmir. Ona görə də idxala ehtiyac yaranır", - deyə İ.Şaban əlavə edib.
O qeyd edib ki, buna görə də hökumət qiymətin dəyişməməsi üçün idxal vergilərini aşağı salır:
"Məqsəd budur ki, daxili bazarda qiymət sabit qalsın".
Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.
Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”