Azərbaycana gətirilən bu növ benzin rüsumdan azad edildi
Tarix: 28-08-2019 | Saat: 09:00
Bölmə:Gündəm | çapa göndər
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib.
aia.az Trend-ə istinadən bildirir ki, müvafiq qərarı baş nazir Nvruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.
Nazirlər Kabinetinin digər qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə də dəyişiklik edilib.
Qərara əsasən, sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025