Mobil versiya
Qovuşacağıq
Tarix: 28-01-2016 | Saat: 18:44
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Qovuşacağıq


De niyə susmusan,cavab vermirsən?
Danış həyatından,arzularından.
Bəlkə incimisən,bəlkə küsmüsən,
Baş aça bilmirəm susmağından.

Bəlkə də incimisən tək qalmısan
Bir gün gələcək mən də gələcəm.
Əzrayıl rəqibmiş məğlub olmusan
Sənə qovuşmaq uçun mən də oləcəm.

İşıqlı dünyamız qaranlıq oldu
Sevinc də görmüşük,qəm də görmüşük.
Sənli günlərim bir anlıq oldu
Bəs niyə vaxtsız ayrı düşmüşük?

Artıq ayrılıqdan biz darıxmışıq
Sən o dünyada,mən bu dünyada
Bir gün gələcək qovuşacağıq
Sən o dünyada,mən o dünyada

ELÇİN Pənahov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə