Mobil versiya
Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat başlanıb
Tarix: 23-08-2019, 11:42 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Ali məktəblərin boş qalan yerlərinə qeydiyyat başlanıb


2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların müvafiq təhsil müəssisələrinə qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən aia.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar avqustun 23-dən sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 29-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.


aia.az



5119 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031