Hafiz Hacıyev: Aygün kimlə yatırsa, onu axtarıb tapın…
Tarix: 28-01-2016 | Saat: 11:12
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər
“Deyin ki, sevgilini ayağına bağla”.
“Bu adamlar arxalarında duranlara arxayındırlar. Aygünün bu cür hazırlamasının səbəbkarı məmurlardır”.
Aia.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev musavat.com-a açıqlamasında deyib. Sosial şəbəkədə xalq artisti Aygün Kazımovanın təhqir səsləndirməsinə reaksiya verən partiya sədri deyib ki, o müğənni özünün məmur “dostlarına” arxayın olub belə danışır:
“Artıq insanları təhqir edirlər. Onun ixtiyarı yoxdur ki, sadə vətəndaşı təhqir etsin. Aygünü kim “saxlayır”, kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram. Xahiş edirəm ki, onun hərəkətini ictimaiyyətin müzakirəsinə verin”.
Qeyd edək ki, son zamanlar sənət adamlarının “İnstagram” səhifələrində onları tənqid edən insanları təhqir etməsi adət halını alıb. İlin əvvəlində müğənni Xatirə İslam sosial şəbəkədə onu tənqid edənləri “tupoy”, “qaraçı” adlandırmışdı. Sənətçinin bu addımı xalqı təhqir kimi qiymətləndirilmişdi.
Ötən gün isə xalq artisti Aygün Kazımova doğum günü məclisində geyindiyi qısa libasa görə tənqid olunub. Xalq artisti iradlara təhqirlə cavab verib və “Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər” şərhini yazıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024