Mobil versiya
Prezidentdən daha bir sərəncam - Polisə qadağa qoyuldu
Tarix: 28-01-2016 | Saat: 10:25
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan prezidenti İlham Əliyev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

XəzərXəbər-in Aia.az-a verdiyi məlumata görə, sənədə əsasən Nazirlər Kabineti Azərbaycan qanunları və prezident aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Dəyişikliklərə görə, şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz”, sənəddə qeyd edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024