İradənin qardaşı Abbas Bağırova pul "atıb" - TƏFƏRRÜAT
Tarix: 20-08-2019 | Saat: 15:34
Bölmə:Karusel / Şou-biznes | çapa göndər
Dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
aia.az e-huquq.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Sumqayıt Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.
İttiham aktına əsasən, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.
Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.
O.Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65