ADU-da abituriyentlərin sənəd qəbulu başlayıb
Tarix: 15-08-2019 | Saat: 16:03
Bölmə:Təhsil | çapa göndər
Avqustun 15-də 2019/2020-ci tədris ilində Аzərbaycan Dillər Universitetinin bаkаlаvr pilləsinin I kursunа qəbul оlmuş abituriyentlərin sənəd qəbulu başlayıb.
Universitetdən Trend-ə verilən məlumata görə, sənəd qəbulu komissiyasının məsul şəxsi Məmməd İsmayılov bildirib ki, sənəd qəbulu I mərhələdə avqustun 27-dək davam edəcək və əsas qəbulda iştirak edən tələbələr sənədlərini təqdim edəcəklər:
“Gördüyünüz kimi, artıq müraciətlər vardır. Tələbələr gəliblər, sənədlərini qeydiyyatdan keçiririk. Hələ ki, heç bir problem yoxdur. Hər şey öz qaydasında gedir. Sənəd qəbulu qısa zaman tələb edir, sonra isə tələbələrin müqavilələrini təqdim edirik. Sənəd qəbulu prosesinə universitetin əməkdaşları və əvvəlki illərdə olduğu kimi könüllü tələbələr kömək edirlər”.
138 saylı tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olan Rüfət Kazımov ingilis dilindən əlavə başqa bir dil öyrənməyi də düşünür. Dil öyrənməyə hədsiz marağının olması, onun müxtəlif dilləri professional səviyyədə tədris etməklə ölkə miqyasında özünəməxsus yer tutan Dillər Universitetini seçməsinə səbəb olub: “Dil tədrisi ilə məşğul olan tədris müəssisəsi kimi ADU-nun perspektivli olduğunu fikirləşirəm. Xəbəri eşidəndə çox sevindim. Amma intuitiv olaraq bilirdim ki, bu universitetə qəbul olacağam”.
299 saylı tam orta məktəbi bitirən və ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 534 balla daxil olan Nəzrin Səfərəliyeva ADU-nun tələbəsi adını qazanmağın uşaqlıq xəyalı olduğunu qeyd edib: “Tələbə adını qazandığım an böyük sevinc hissi keçirdim”.
522 balla Təhsil fakültəsinin İngilis dili müəllimliyi ixtisasına qəbul olan İlahə Bəşirlinin valideyni Gülnarə Bəşirova sevinc hissi keçirdiyini söyləyib. O, övladının bu universiteti seçməsini məhz İlahənin öz arzusu olduğunu sözlərinə əlavə edib.
ADU-nun Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına 542 balla qəbul olan Rüfət Kazımovun valideyni Xanım Kazımova ADU-nu seçməsinin məhz övladının 9-cu sinifdən arzusu olduğunu deyib: “Ona görə az qala sevincindən uçurdu. Övladım arzusuna yetdi. Valideyn olaraq mən də həmişə onu dəstəkləyəcəyəm. İnsan bir peşəni sevmirsə, orda işləməyə dəyməz”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024