Mobil versiya
Biləcəri stansiyasında bədbəxt hadisə - 27 yaşlı gənc xəstəxanada öldü
Tarix: 14-08-2019 | Saat: 12:22
Bölmə:Cəmiyyət | çapa göndər

Biləcəri stansiyasında bədbəxt hadisə -


“Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan Trend-ə verilən açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə