Mobil versiya
Kolleclərə sənəd qəbulu davam edir
Tarix: 7-08-2019, 17:42 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Kolleclərə sənəd qəbulu davam edir


2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, indiyədək 3300-dən çox müraciət qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Ərizələrin qəbulu avqustun 20-dək "ASAN xidmət” mərkəzlərində elektron qaydada davam edəcək.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.


aia.az



5108 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031