Mobil versiya
Binəqədidə əməliyyat: Narkotik satan dəstə ələ keçdi
Tarix: 05-08-2019 | Saat: 12:47
Bölmə:Karusel / Hadisə | çapa göndər

Binəqədidə əməliyyat:



Binəqədi rayon Polis İdarəsi və 43-cü Polis bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olanİmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Soltanov, Rəşaiq Şeydayev və Qüdrət İslamov saxlanılıblar.

Onların üzərilərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis bölməsində toplanan materiallar rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5155 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}