Mobil versiya
Peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq
Tarix: 02-08-2019 | Saat: 11:35
Bölmə:Təhsil | çapa göndər

Peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq


Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Direktor müavininin sözlərinə görə, bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələbatına uyğun deyil:

"Məsələn, artıq kompüter operatoru ixtisası bazarın tələbatına uyğun deyil. Hər il təsnifata yeni ixtisaslar daxil olur. Ötən il 168 ixtisas üzrə kadr hazırlığı aparılırdı. Daha əvvəl isə bu say 176 idi. Amma yenə də təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu qısamüddətli iş deyil. Amma bu istiqamətdə işlər aparılacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024