Mobil versiya
Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib
Tarix: 31-07-2019 | Saat: 15:25
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib

Türkiyədən Azərbaycana dəvət olunan mütəxəssislər qəzaya uğramış MİQ-29 təyyarəsinin və pilotun axtarışlarına başlayıblar.
Bu barədə Azvision.az -a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, sualtı axtarışlar üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib: “Qardaş ölkədən gələn mütəxəssislər axtarış işlərinə qoşulublar. Bu günədək dəniz dalğalı idi və axtarış aparanların işlərinə müəyyən qədər çətinlik yaradırdı. Bu gün isə dənizdə dalğa yoxdur. Helikopterlər, gəmilər və sualtı dalğıclar axtarışlar aparır. Hazırda ciddi axtarı işləri gedir”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024