Mobil versiya
Rusiyalı politoloq: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin modernləşdirilməsi lazımdır
Tarix: 31-07-2019 | Saat: 15:10
Bölmə:Siyasət | çapa göndər

Rusiyalı politoloq:


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin modernləşdirilməsi lazımdır.

Trend-in məlumatına görə, bunu Azernews-a Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

O bildirib ki, modernləşmə iki qarşılıqlı yolla baş verməlidir:

“Birincisi, yol xəritəsi ilə birgə sənəd layihələrinin hazırlanması və onların reallaşdırılması üzrə konkret addımlardır. İlkin hüquqi akt - Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı münaqişənin nizamlanması Konsepsiyası və ya Strategiyası olmalıdır. Yekun sənəd isə Azərbaycanla Ermənistan arasında sərhəd barədə saziş olmalıdır”.

Politoloq qeyd edib ki, ikinci yol danışıqlar infrastrukturunun qurulmasıdır. Onun sözlərinə görə, buraya ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan-Ermənistan birgə qrupunun yaradılması daxildir:

“İnfrastruktur, həmçinin iki ölkənin xarici işlər nazirləri müavinlərinin, xarici işlər nazirlərinin, baş qərargah rəislərinin, müdafiə nazirlərinin xətti ilə daimi əlaqəni ehtiva etməlidir. Bundan başqa, məşvərətlər parlamentlər xətti ilə aparılmalıdır. Hesab edirəm ki, danışıqlar prosesinin səmərəliliyinin artırılması üçün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının da dialoqu təşkil olunmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024