Mobil versiya
Azərbaycan diplomatiyasının növbəti uğuru - DEPUTAT
Tarix: 17-11-2025 | Saat: 10:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan diplomatiyasının növbəti uğuru

“Prezident İlham Əliyevin Özbəkistana səfəri, Mərkəzi Asiya ölkələri dövlət başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək məqsədi daşıyırdı. Cənab Prezident daha əvvəl Qazaxıstanda və Tacikistanda keçirilmiş görüşlərdə, həmin dövlət başçılarlnın dəvətilə müşahidəçi qismində iştirak etmişdi. Daşkənd Məşvərət Görüşü, ölkəmizin, təşkilata tam hüquqlu üzv seçilməsi ilə tarixə düşdü”.

Bu fikirləri mətbuata Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini şərh edərkən səsləndirib.

Millət vəkili bildirib ki, bu da, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir:

“Mərkəzi Asiya regionunu Azərbaycanla tarixi, dini, mədəni, mənəvi əlaqələr bağlayır. Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını coğrafi baxımdan birləşdirir. Daha sonra isə, Avropaya çıxış üçün açar rolunu oynayır”.

Deputat onu da vurğulayıb ki, son zamanlar Qərb ölkələrinin Mərkəzi Asiyanın təbii sərvətlərinə marağı artmışdır:

“Bu istiqamətdə ABŞ+Mərkəzi Asiya, Avropa İttifaqı+Mərkəzi Asiya formatlarında tədbirlər keçirilmiş, qarşılıqlı sərmayələr qoyulması haqqında razılıqlar əldə olunmuşdur. Həmin iqtisadi layihələrin icrası, Azərbaycanın nəqliyyat-logistika imkanlarından asılıdır. Prezident İlham Əliyev də Məşvərət Görüşündə çıxışı zamanı bildirdi ki, bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, geosiyasi və geoiqtisadi bir məkandır. Azərbaycanda yaradılmış nəqliyyat-kommunikasiya, logistik imkanlar, ildə milyonlarla ton yüklərin müxtəlif istiqamətlər üzrə daşıma qabiliyyətinə malikdir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2025