Tamştatlı müəllim konsepti nə vaxt həyata keçiriləcək? - Nazir açıqladı
Tarix: 17-11-2025 | Saat: 13:55
Bölmə:Təhsil | çapa göndər

Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək.
aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada əsas diqqət verilməli olan məsələ isə işin mahiyyətidir:
"Hazırda konseptual mərhələdəyik və bu mərhələ ondan ibarətdir ki, mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq. Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər