Mobil versiya
Brilyant satan dələduzlar tutuldu: biri qadındır - FOTO
Tarix: 30-07-2019 | Saat: 11:06
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Brilyant satan dələduzlar tutuldu:


Qubada brilyantsatan dələduz dəstə üzvləri ifşa olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı rayon ərazisində külli miqdarda dəyəri olan iki ədəd brilyant daş-qaşı satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri "iş başında” saxlanılıb.

Araşdırmalarla onların Quba rayon sakinləri - 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.
İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilyant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024