Mobil versiya
Rusiyadan gələn "Sprinter"də qanunsuz ətirlər aşkarlandı
Tarix: 29-07-2019 | Saat: 18:04
Bölmə:Cəmiyyət | çapa göndər

Rusiyadan gələn "Sprinter"də qanunsuz ətirlər aşkarlandı


"Xanoba" gömrük postunda qanunsuz yolla ölkəyə gətirilən müxtəlif markalı ətirlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətirlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024