Azərbaycan manat və dollar istiqrazları buraxacaq
Tarix: 25-01-2016 | Saat: 09:50
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Azərbaycan hökuməti əhali arasında manata inamı bərpa etmək üçün tədbirlər görəcək.
Aia.az-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, yaxın günlərdə rəhbərlik etdiyi qurum dövriyyəyə manatla, yüksək gəlirliliyə malik istiqrazlar buraxacaq: "Bu istiqrazlara biz yüksək faiz ödəyəcəyik. Mən hamını dəvət edirəm ki, yasdığın altında saxladıqları pulları bu istiqrazlarda yerləşdirsinlər. Onların gəlirliliyi inflyasiyadan yüksək olacaq. əgər qiymət artımı 10%-dirsə, 11-12% divident ödəniləcək”.
Bununla yanaşı, nazir qeyd edib ki, hökumət dollarla da istiqraz buraxmağı planlaşdırır, amma onların gəlirliliyi elə də yüksək olmayacaq: "Hazırda ölkə daxilində xarici valyuta kütləsi var və bir çox hallarda sahiblərinə gəlir gətirmir. Biz onlar üçün də istiqraz buraxacağıq. Amma bu istiqrazların gəlirliliyi təxminən 3% olacaq. Çünki istəmirik ki, insanlar banklardakı depozitlərini çıxarsınlar. Sadəcə evdə dollarla pul saxlayanlara bu istiqrazları almağı tövsiyyə edəcəyik. İstənilən halda pulu evdə saxlamaq riskdir, yanğın və digər xoşagəlməz hadisələr baş verə bilər. Onu da demək istəyirəm ki, artıq vəziyyət sabitləşib, bundan sonra daha da sabitləşəcək və biz müəyyən alətləri bazara təqdim etməyə hazırıq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024