Mobil versiya
Elman Rüstəmov sual qarşısında: 5, yoxsa 10 min dollar?
Tarix: 24-01-2016 | Saat: 18:29
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


“Məsələ hələki öz həllin tapmayıb”.

Azərbaycanda əhalinin 10 min dollara qədər olan istehlak kreditlərini köhnə məzənnə ilə qaytarması məsələsi hələ də gündəmdədir.

Aia.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı ilə məsləhətləşmələr aparılır.

“Təklif edirik ki, 10 min dollaradək kreditlər köhnə məzənnə, yəni 1,05 manatla qaytarılsın. Bu məsələ hələki öz həllin tapmayıb. Görünür, bununla bağlı fikirayrılığı var. 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılması düzgün olardı. Hazırda Mərkəzi Bank ilə hökumət arasında danışıqlar aparılır və vəsaitin mənbəyi axtarılır. Vəsaitin hökumət, yoxsa Mərkəzi Bank tərəfindən verilməsi məsələsi müzakirə olunur. Bu qanun layihəsi deyil, hökumətə edilmiş təklifdir. Milli Məclisin buna qərar verməyə ehtiyacı yoxdur. Bu artıq Azərbaycan hökumətinin və bankların məsələsidir”.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclasında jurnalistlərə açıqlama verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 5000 dollara qədər olan kreditlərə güzəşt oluna bilər və hazırda bu məsələ hökumətin gündəliyindədir. Baş bankir qeyd edib ki, 5000 dollara qədər olan kreditlər kredit portfelində 250 milyon dollar təşkil edir.

“Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə