Uşaq bağçalarına qəbulda şəffaflıq təmin edilir
Tarix: 20-07-2019 | Saat: 11:22
Bölmə:Manşet / Təhsil | çapa göndər
Eldar Yunusovun rəhbərlik etdiyi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na həmin müəssisə rəhbərləri tərəfindən əməl olunmasını ciddi nəzarətdə saxlayır
Məlum olduğu kimi, 2018-ci ilin yanvar ayından ölkəmizdə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu yeni qaydalar əsasında həyata keçirilir. Təbii ki, Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” ilk növbədə vətəndaşların öz övladlarını uşaq bağçalarına (körpələr evi, körpələr evi-uşaq bağçası və uşaq bağçaları nəzərdə tutulur – red.) yerləşdirmək xüsusunda qanuni hüquqlarının və bu sahədə maksimum şəffaflığın təmin edilməsini nəzərdə tutur.
Yeri gəlmişkən, hal-hazırda uşaq bağçalarına qəbul vaxtıdır və bu proses avqustun 31-dək davam edəcək. Etiraf edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətilə bağlı bu müəssisələrin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması və ən əsası da bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması kimi məsələlər uzun müddət ictimaiyyəti narahat edən məsələlərdən olub. Eyni zamanda da qeyd etmək lazımdır ki, 2012-ci ildə məktəbəqədər uşaq müəssisələrinin fəaliyyətinə nəzarət səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq icra strukturlarına verildikdən və bu nəzarəti effektiv şəkildə həyata keçirmək üçün Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldıqdan sonra, bu sahədə aşkar irəliləyişlər müşahidə olunmağa başladı. Eldar Yunusovun rəhbərlik etdiyi bu idarənin effektiv fəaliyyəti sayəsində son illər Bakı şəhərində məktəbəqədər uşaq müəssisələrinin işində nəzərə çarpan inkişafa nail olunmuşdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əsas funksiyalarından biri tabeliyindəki dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Son bir neçə ildə formalaşmış ictimai rəyə görə də bu istiqamətdə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir. Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər.
Bununla belə ayrı-ayrılıqda götürülmüş müəssisələrin fəaliyyətində hələ də müəyyən nöqsanlar müşahidə oluna bilər. Məhz bu səbəbdən də bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Həmin müşavirədə də rəhbər işçilərə xüsusi olaraq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib.
Demək lazımdır ki, hazırda davam edən uşaq bağçalarına qəbul prosesi bəzi mətbu orqanları tərəfindən təşkil edilən müstəqil monitorinq qrupları tərəfindən də diqqətlə izlənilir və bu günə qədər aparılan müşahidələr nəticəsində elə bir ciddi qanun pozuntusu və ya konfliktli vəziyyət aşkarlanmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən BŞİH rəhbərliyinin müvafiq tapşırıq və təlimatlarına uyğun olaraq, uşaq bağçalarına qəbul prosesinə ciddi nəzarət olunur.
AİA.Az
Elburus Bağırov
Abbas Abbasov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024