Mobil versiya
Tərtərdə qəbirlər su altında qalıb - VİDEO
Tarix: 24-01-2016 | Saat: 13:46
Bölmə:Parlament / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər


“Arx böyük və istifadəyə yararsız olduğundan belə fəsadlara yol açır”.

Tərtərdə yerləşən qəbiristanlıqda xoşagəlməz hal yaşanır.

Aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakinləri müraciətlərində bunu mərhum yaxınlarına qarşı hörmətsizlik kimi qəbul edirlər. Belə ki, Tərtərin Heydər Əliyev adına parkının arxasında yerləşən qəbiristanlıqda qəbirlər su altında qalıb.

Buna səbəb isə oradan keçən arx suyunun ətrafa yayılmasıdır. Rayonda “Köhnə qəbiristanlıq” adı ilə tanınan məzarlıq artıq uzun müddətdir ki, bu vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, arx böyük və istifadəyə yararsız olduğundan belə fəsadlara yol açır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə